Kolloid
sistemlər
Kolloid
kimya bərk halda və məhlullarda
heterogen yükək dispers sitemlərin və yüksək molekullu birləşmələrin
fiziki-kimyəvi xassələrini öyrənir. Kolloid kimya fazalar sərhədi
bölgüsündə səth hadisələrinin roluna xüsusi diqqət yetirir. Hazırda kolloid
kimya kolloid sistemlərdə gedən yalnız kimyəvi quruluş və kimyəvi reaksiyalarla
deyil, eyni zamanda fiziki quruluşla, fiziki xassələrlə yüksək molekullu sistemlər üçün xarakterik olan
fiziki-kimyəvi proseslərlə məşğul olur. Kolloid sistemlər təbiətdə geniş
yayılmış və texnikada böyük əhəmiyyəti vardır.