Tuesday, February 2, 2016

Bu gün-2 fevral Gənclər günüdür.


2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si ümumilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır. Azərbaycanda doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb. 14 ildi qeyd etmiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Thursday, November 12, 2015

Torpaq əmələ gətirən amillər


Ümumi anlayış: H.Zərdabi (1875-1876) və V.Dokuçayev (1883) tərəfindən ilk dəfə elmi əsaslandırılması irəli sürülən torpaq əmələ gəlməsi prosesi təbii şəraitdə torpağı əmələ gətirən amillərin (iqlim, bitki və heyvanat aləmi, torpaq əmələ gətirən ana suxur, ərazinin relyefi, ərazinin və yaxud ölkənin yaşı) qarşılıqlı əlaqəsi nəticəsində baş verir. 1903-cü ildə V.Vilyams "insanın istehsalat fəaliyyəti" amilini də bu amilləri daxil etmək fikrini sürdü. Halbuki həmin fikir 1875-ci ildə H.Zərdabi tərəfindən söylənilmişdi.
İqlim: Torpaq proseslərinin təbiətini dərk etmək üçün vacib iqlim göstəriciləri olan temperatura və rütubət (nəmlik) xüsusi əhəmiyyət kəsb edir ki, torpağın da su temperatura (istilik) rejimləri bu göstəricilərlə bağlıdır. Həmçinin bioloji proseslərin intensivliyi bu amildən çox asılıdır və bitkilərin vegetasiya dövrünün aqroiqlim göstəriciləri torpaqda baş verən proseslərin fəallığını və intensivliyini təyin edir. Vegetasiya dövründən sonra isə bu proseslərin fəallığı azalsa da orta illik iqlim göstəriciləri və vegetasiya dövrləri arası (payız və qış) iqlim göstəriciləri torpaq proseslərinə yenə də öz təsirini göstərir. Bioloji və torpaq proseslərinin əsas istilik, enerji mənbəyi Günəş enerjisi, rütubət mənbəyi isə atmosfer çöküntüləridir. Torpaq və atmosfera arasında daimi olaraq istilik və rütubət mübadiləsi baş verir. Bu mübadilə zamanı isə torpağın hidrotermik rejimi formalaşır ki, bu da torpağın ən vacib xassələrini ifadə edir. Bu baxımdan ərazinin iqliminin istilik və rütubətlik xüsusiyyətlərinə görə qiymətləndirilməsi çox vacibdir. İqlim əsas termik qruplarının qiymətləndirilməsində əsas kimi vegetasiya dövründə 10ºC-dən yüksək olan orta sutkalıq temperaturanın cəmi qəbul olunur. İqlim qrupları 10ºC-dən yüksək t-nın cəmi, Cº 1. Soyuq (qütb) 2. Soyuq-mülayim (boreal) 3. İsti-mülayim (subboreal) 4. İsti (subtropik) 5. Qızmar (tropik) 600ºC-dən aşağı 600-2000º 2000-3800º 3800-8000º 8000ºC-dən yüksək Bu termik qruplarının iqlimi Yer kürəsində en dairələri şəklində yayılmışdır. Zolaqlar nəinki orta sutkalı temperaturanın cəmi həm də müəyyən interval daxilində rütubətliyinə görə fərqlənən bitki və torpaq tiplərinə görə də fərqlənirlər. Ona görə də bu zolaqları torpaq-bioiqlim və yaxud torpaq-biotermik qurşaqları da adlandırırlar. Rütubətlənmə şəraitinə görə isə torpaq tədqiqatlarında 6 əsas qrupu fərqləndirirlər.
İqlim qrupları (Vısotski-İvanova görə)
1. Çox rütubətli (ekstra humid) 1,33pj-dən yüksək
 2. Rütubətli (humid) 1,33-1 pj
3. Yarımrütubətli (semihumid) 1-0,55 pj
4. Yarım quraq (semiarid) 055-0,33pj
5. Quraq (arid) 0,33-0,12pj
6. Çox quraq (ekstraarid),  0.12pj-dən az
Bu bölünmənin əsas həddi kimi yağıntıların miqdarının buxarlanmaya olan nisbəti qəbul olunur ki, bu da rütubətlənmə əmsalı (pj) adlanır (ilk dəfə İ.V.Visotski tərəfindən irəli sürülüb, sonra isə N.N.İvanov tərəfindən Yerin iqliminin qiymətləndirilməsində tətbiq olunub. Rütubətlənmə şəraitindən torpağın su rejimi, oksidləşmə-reduksiya potensialı, aşınma dərəcəsi və s amillər çox asılıdır. İqlim torpaq əmələ gəlməsi prosesinə bilavasitə və dolayı təsir göstərir. Bilavasitə təsir iqlim elementlərinin (torpağın yağıntılar vasitəsilə islanması, qızması, soyuması) bur başa təsiri kimi təzahür edir. Dolayı təsir isə iqlimin ərazinin bitki örtüyünə və heyvanat aləminə təsiri kimi ifadə olunur. İqlimin torpaq əmələ gəlməsində hərtərəfli rolunu aşağıdakı kimi qiymətləndirmək olar:
1-ci iqlim bioloji və biokimyəvi proseslərin inkişafının əsas amilidir. Temperatura və rütubətlənmə şəraitinin müəyyən səviyyədə uzlaşması bitkilərin tipini, üzvi maddələrin yaranma və parçalanma xüsusiyyətlərini, torpaq faunası və florasının yaradıcılığının intensivliyini təyin edir.
2-ci atmosfer iqlimi torpağın xassə və tərkib xüsusiyyətlərinə təsir göstərərək onun su-hava. Istilik və oksidləşmə-reduksiya rejimlərinin formalaşmasında rol oynayır. 3-cü iqlim şəraiti ilə torpaqda mineral birləşmələrin çevrilməsi (aşınmanın sürəti, aşınma məhsullarının akkumulyasiyası) çox bağlıdır.
4-cü iqlim torpağın külək və su eroziyasına əsaslı təsir göstərir.
Torpaq əmələ gətirən ana süxur amili: Torpağın əmələ gəlməsi üçün ilkin substrat olan dağ suxurları ana suxur və yaxud torpaq əmələgətirən suxur adlanır. Ana suxur torpağın formalaşması üçün əsas olan maddi kütlədir və ana suxurun qranulometrik, mineraloji, kimyəvi tərkibləri, o cümlədən fiziki, kimyəvi və fiziki kimyəvi xassələri torpağa keçir, onun özününkünə çevrilir, ancaq torpaq əmələ gəlməsi prosesi zamanı müxtəlif səviyyədə dəyişilir və çevrilir. Ana suxurlar mənşəyinə, tərkibinə, quruluşuna görə müxtəlif olurlar. Bizə məlumdur ki, litosfera mənşəyinə görə 3 qrup suxurlardan təşkil olunub.
1) maqmatik suxurlar – litosferanı təşkil edən suxurların kütləsinin 95%-i bu suxurların payına düşsə də çox az hallarda, nadir ərazilərdə torpaq əmələgətirən suxur rolunu oynayırlar.
2) metamorfik suxurlar – təkrarı massiv-kristallik quruluşlu suxurlardır və bu suxurlar da ana suxur kimi çox yayılıb
3) çökmə suxurlar – massiv-kristallik quruluşlu dağ suxurlarının və orqanizmlərin aşınma və çevrilmə məhsullarından təşkil olunub. Dördüncü dövrə qədər mövcud olan çökmə suxurları (qədim) artıq öz yumşaqlığını, məsaməliyini itirirək çox sıxlaşmış çöküntülər olduğuna görə onları massiv-kristallik quruluşlu suxurlarla birgə 4-cü dövrə qədər olan qrupa daxil edirlər və kök suxurları adlandırırlar. Kök suxurlarından fərqli olaraq öz əlverişli xassələrinə görə (yumşaqlığı, məsaməliyi, su keçirmə qabiliyyəti, su saxlama qabiliyyəti və s) 4-cü dövr çöküntüləri əsas torpaq əmələgətirən suxur kimi yayılıb. Torpaq əmələgətirən suxurların formalaşması dağ suxurlarının aşınması, daşınması və çökmə xüsusiyyətləri ilə sıx bağlıdır.
Bitki və heyvanların torpaq əmələ gətirmə amili: Torpaq əmələ gəlməsində quruda mürəkkəb biosenoz əmələ gətirən 3 qrup canlılar yaşıl bitkilər, mikroorqanizmlər və (heyvanat aləmi) xüsusi rol oynayır. Bu orqanizmlərin birgə həyat fəaliyyəti nəticəsində torpaqda üzvi maddələrin sintezi və parçalanması, bioloji baxımdan vacib elementlərin toplanması, mineralların parçalanması və yenidən törəməsi, maddələrin miqrasiyası və akkumulyasiyası və s proseslər baş verir ki, bu proseslər də torpaq əmələ gəlməsinin mahiyyətini ifadə etməklə bərabər torpaq münbitliyinin formalaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Yaşıl bitkilər – Quruda hər il yaşıl bitkilərin hesabına 5∙3∙1010m yaşıl kütlə əmələ gəlir ki, bu da atmosferanın tərkibində olan CO2, günəş enerjisi, su və torpaqdakı mineral maddələri iştirakı ilə baş verir. Bu biokütlənin bir hissəsi kök qalıqları və yer səthinə daxil olan qalıqlar şəklində torpağa qayıdır. Beləliklə demək olar ki, yaşıl bitkilər torpaqda üzvi maddələrin əsas və ilk mənbəyi olmaqla bioloji dövranın əsas aparıcı qüvvəsi hesab olunur. Bioloji dövran nəticəsində torpağın üst qatında potensial enerji azot və digər qida elementləri toplanır ki, bu da tədricən torpaq profilinin əmələ gəlməsinə və torpağın əsas xassəsi olan münbitliyin formalaşmasına şərait yaradır. Yaşıl bitkilər həmçinin torpaq minerallarının sintezində və parçalanmasında (mineralların transformasiyası), kök sistemləri vasitəsilə torpaq profilinin strukturasının və quruluşunun formalaşmasında torpağın su və istilik rejimlərinin nizamlanmasında da yaxından iştirak edirlər.
Torpağın yaşı: Tоrpaqəmələgəlmə prosesi zamanı daxilində baş verir. Tоrpaqəmələgəlmənin hər bir yeni tsikli (mövsümi, illik, çoxillik) toрпaq profilində üzvi və mineral birləşmələrin çevrilməsində müəyyən dəyişikliklər yaradır. Ona görə də zaman amili (V.V.Dokuçayevə görə "ölkənin yaşı") torpаqların formalaşmasında və inkişafında böyük əhəmiyyətə malikdir. 1,1 Torpaqların mütləq və nisbi yaşı anlayışları bir-birindən fərqləndirilir. Mütləq yaş – Ьfа|т yarandığı vaxtdan indiki zamana kimi keçmiş müddətdir. Mütləq yaş bir neçə illə milyon il arasında tərəddüd edir. Ən böyük mütləq yaş kəskin dəyişikliklərə (su eroziyası, deflyasiya və s.) məraz qalmamış tropik ərazilərin torpaqlarına məxsusdur. Şimal vilayətlərində Ьfadş mütləq yaşı ərazilərin dördüncü dövrün buzlaşmasmdan və buzlaq sulaрrından azad olması ilə əlaqədardır. Bəzi ərazilərdə, məsələn, Xəzərsahili ovalıqda, o, transqresiya hadisəsi iля bağlıdır. Ən cavan torpaqlar müasir çaybasar ərazilərdə yayılmışdır. Yuхаrıda qeyd edildiyi kimi, uzun inkişaf dövründə toрпaqlar başlanğıc ("cavan") fazasından inkişaf etmiş tоrpаq fazasına kimi mürəkkəb yol keçirlər. Bu zaman təbii şəraitin (iqlim, bitki örtüyü, hidroloji şərait) dəyişməsi iля torpağın xassə və əlamətяri də dəyişir. Bununla əlaqədar toрпağın profilində relikt əlamətlər saxlana biляr. Nisbi yaş – torpaqəmələgəlmə prosesinin sürətini, torpağın bir inkişaf fazasının digəri ilə əvəz edilməsinin tezliyini səciyyələndirir. O, süxurun tərkib və xassələrinin, relyef şəraitinin torpaqəmələgəlmə prosesinin sürət və istiqamətinə təsiri ilə bağlıdır.


Əkinçiliyin əsas qanunları

Əkinçiliyin əsas qanunları

Əkinçilik qanunları dedikdə - əkinçilik proseslərində özünü əks etdirən təbiət qanunlarının qismən ifadəsi kimi anlaşılır.Onlar xarici mühitlə əlaqədar şəraitdə, inkişaf etməkdə olan bitkinin qanunauyğunluq bağlılığını aşkar edirlər.Eyni zamanda onlar tərəfindən əkinçilik qanunlarının tələblərinə ciddi surətdə riayət etməklə mühüm bir sahə olan, kənd təsərrüfatı istehsalının inkişafı üçün yeni müasir yollar müəyyən edilir.
      a)Bitkilərin həyat fəaliyyəti üçün tələb olunan faktoların əvəz edilməzliyi qanunu-Burada bitkiyə lazım olan faktorun digəri ilə əvəz edilməsi qəbul edilməzdir, məsələn əgər bitkinin suvarmaya ehtiyacı vardırsa ona gübrə verməklə ehtiyacı təmin etmək olmaz.
 b)Bərabərlilik (həyat amillərinin bərabər əhəmiyyətə malik olma)-tarazlıq qanunu-Bitkinin hər hansı bir elementə və ya faktora cüzidə olsa ehtiyacı ödənilmirsə bu bitkinin norma inkişafını pisləşdirir. Həmçinin bitkiyə lazım olan faktorun çatışmamazlığı və ya həddən artıq təmin olunması da yol verilməzdir.
 c) Minimum- optimallıq -maksimum- qanunu- Bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı həyat fəaliyyəti üçün lazım olan faktorların təmin olunmasından aslıdır. Elə faktorlar vardır ki, onlar bitkilərin həyat fəlaiyyəti üçün əvəz edilməzdir. Bu faktorlardan temperaturu misal göstərmək olar. Torpaqda və ya ətrafda gedən hər hansı bir həyat prosesi tempatur yaranmadan gedə bilməz. Torpaqda gedən proseslərdə temperaturdan aslıdır. Belə ki, torpaqda gedən həyat prosesi minimum temperatur yarandıqda başlayır, optimal temperaturda davam edir, temperatur həddən artıq yüksələrsə həyat prosesi dayanır. Bax bu əkinçiliyin  minimum- optimallıq -maksimum- qanunudur.
d) Birgə təsir qanunu-Bu qanun bitkiləri lazım olan bir neçə faktorlarla eyni zamanda təmin olunmasıdır. Belə ki, bitkinin normal inkişafı üçün torpaqda bir qədər nəmlik, temperatur və havalanma yaratmaq lazımdır.

e) Qaytarılma-ödənmə qanunu-Burada materiyanın, xüsusilə torpağın qorunması və onun münbitliyinin bərpası əsas tutulur. Torpaqdan sərf olunan qida maddələri torpağa qaytarılmalı, torpağın münbitliyi yenidən bərpa olunmalıdır.

Friday, February 27, 2015

Kolloid sistemlər
Kolloid kimya bərk halda və məhlullarda heterogen yükək dispers sitemlərin və yüksək molekullu birləşmələrin fiziki-kimyəvi xassələrini öyrənir. Kolloid kimya fazalar sərhədi bölgüsündə səth hadisələrinin roluna xüsusi diqqət yetirir. Hazırda kolloid kimya kolloid sistemlərdə gedən yalnız kimyəvi quruluş və kimyəvi reaksiyalarla deyil, eyni zamanda fiziki quruluşla, fiziki xassələrlə yüksək  molekullu sistemlər üçün xarakterik olan fiziki-kimyəvi proseslərlə məşğul olur. Kolloid sistemlər təbiətdə geniş yayılmış və texnikada böyük əhəmiyyəti vardır.