Thursday, November 12, 2015

Əkinçiliyin əsas qanunları

Əkinçiliyin əsas qanunları

Əkinçilik qanunları dedikdə - əkinçilik proseslərində özünü əks etdirən təbiət qanunlarının qismən ifadəsi kimi anlaşılır.Onlar xarici mühitlə əlaqədar şəraitdə, inkişaf etməkdə olan bitkinin qanunauyğunluq bağlılığını aşkar edirlər.Eyni zamanda onlar tərəfindən əkinçilik qanunlarının tələblərinə ciddi surətdə riayət etməklə mühüm bir sahə olan, kənd təsərrüfatı istehsalının inkişafı üçün yeni müasir yollar müəyyən edilir.
      a)Bitkilərin həyat fəaliyyəti üçün tələb olunan faktoların əvəz edilməzliyi qanunu-Burada bitkiyə lazım olan faktorun digəri ilə əvəz edilməsi qəbul edilməzdir, məsələn əgər bitkinin suvarmaya ehtiyacı vardırsa ona gübrə verməklə ehtiyacı təmin etmək olmaz.
 b)Bərabərlilik (həyat amillərinin bərabər əhəmiyyətə malik olma)-tarazlıq qanunu-Bitkinin hər hansı bir elementə və ya faktora cüzidə olsa ehtiyacı ödənilmirsə bu bitkinin norma inkişafını pisləşdirir. Həmçinin bitkiyə lazım olan faktorun çatışmamazlığı və ya həddən artıq təmin olunması da yol verilməzdir.
 c) Minimum- optimallıq -maksimum- qanunu- Bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı həyat fəaliyyəti üçün lazım olan faktorların təmin olunmasından aslıdır. Elə faktorlar vardır ki, onlar bitkilərin həyat fəlaiyyəti üçün əvəz edilməzdir. Bu faktorlardan temperaturu misal göstərmək olar. Torpaqda və ya ətrafda gedən hər hansı bir həyat prosesi tempatur yaranmadan gedə bilməz. Torpaqda gedən proseslərdə temperaturdan aslıdır. Belə ki, torpaqda gedən həyat prosesi minimum temperatur yarandıqda başlayır, optimal temperaturda davam edir, temperatur həddən artıq yüksələrsə həyat prosesi dayanır. Bax bu əkinçiliyin  minimum- optimallıq -maksimum- qanunudur.
d) Birgə təsir qanunu-Bu qanun bitkiləri lazım olan bir neçə faktorlarla eyni zamanda təmin olunmasıdır. Belə ki, bitkinin normal inkişafı üçün torpaqda bir qədər nəmlik, temperatur və havalanma yaratmaq lazımdır.

e) Qaytarılma-ödənmə qanunu-Burada materiyanın, xüsusilə torpağın qorunması və onun münbitliyinin bərpası əsas tutulur. Torpaqdan sərf olunan qida maddələri torpağa qaytarılmalı, torpağın münbitliyi yenidən bərpa olunmalıdır.

No comments:

Post a Comment